Azərbaycan Silahlı Qüvvələri son günlər Dağlıq Qarabağda cəbhə xəttini yararaq dərinliyə irəliləyib. Bu sözləri separatçıların lideri Araik Arutyunyan deyib.
"Moskvada əldə edilmiş atəşkəs razılaşması qüvvəyə mindikdən dərhal sonra düşmən daha şiddətli döyüş əməliyyatlarına keçib. Bəzi istiqamətlərdə o, cəbhə xəttini yararaq dərinliyə irəliləyə bilib”, - deyə o bildirib.
"Biz bu sülhü düşmənə zorla qəbul etdirməliyik", - deyə Arutyunyan qeyd edib.
"Biz, həmçinin heç bir ilkin şərt olmadan humanitar atəşkəs sazişinin yerinə yetirilməsinə başlamağa, sülh yolu ilə həll danışıqlarını davam etdirməyə hazırıq. Sülh yolu ilə həll artıq mümkün olmasa da, gec də deyil", - deyə o bildirib.*