2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10 milyard 430,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft sektoruna kapital qoyuluşları 15,2% artıb. Hesabat dövründə qeyri-neft sektoruna sərmayə qoyuluşları 14,1% azalıb.
Hesabat dövründə investisiyaların ümumi həcmindən 6 milyard 667,2 milyon manat və ya 63,9%-i tikinti-quraşdrıma işlərinə yönəldilib.
Yanvar-sentyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 6 milyard 995,8 milyon manat (bütün investisiyaların 67,1%-i) istehsalat təyinatlı obyektlərin, 2 milyard 492 milyon manat (bütün investisiyaların 23,9%-i) xidmət obyektlərinin, 942,4 milyon manat (bütün investisiyaların 9%-i) yaşayış sahələrinin tikintisinə yönəldilib.
Hesabat dövründə 3 milyard 764,4 milyon manat (bütün investisiyaların 36,1%-i) xarici investisiyaların, 6 milyard 665,8 milyon manat (bütün investisiyaların 63,9%-i) daxili investisiyaların payına düşüb.
2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,3% azalıb.*
B.Rüstəmbəyov