Rusiya Qarabağ münaqişəsi ilə bağlı vasitəçi və Ermənistanın müttəfiqi rolunu yüksək səviyyədə yerinə yetirdi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə görə təşəkkür edirəm. Xüsusilə intensiv şəkildə əlaqə saxladığımız Rusiya prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirirəm. Rusiya Qarabağ münaqişəsi ilə bağlı vasitəçi və Ermənistanın müttəfiqi rolunu yüksək səviyyədə yerinə yetirdi", - deyə Paşinyan xalqa müraciətində bildirib.*