Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, onun hökuməti 2018-ci ildə hakimiyyətə gələndən sonra Qarabağ münaqişəsinin həllindən və Dağlıq Qarabağın statusu müəyyənləşdirilmədən ərazilərin geri qaytarılmasından imtina edib.
"Danışıqlar prosesində Azərbaycan erməni xalqı qarşısında öz hüquqlarından imtina etmək, yeddi rayondan beşini geri qaytarmaq, qalan iki rayonun təhvil verilməsi üçün konkret vaxt təqdim etmək, Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməli olması tələbini qoyub. Bundan başqa, statusun dəqiqləşdirilməsi ərazilərin təhvil verilməsi prosesi ilə əlaqələndirilməməli idi. Ərazilər sülh qarşılığında geri qaytarılmalı idi. Hökumətimiz bu müzakirədən imtina edib, çünki bu, qəbuledilməz idi", - deyə Paşinyan xalqa müraciətində bildirib.*