Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 42 min 750-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 616 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 570 nəfər (sutka ərzində +102) müalicə olunaraq sağalıb.
Hazırda 2 min 564 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,734 min, hazırkı dövrədək isə 1 milyon 193 min 870 test aparılıb.*
B.Rüstəmbəyov