Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda döyüşlərin getdiyi 18 gün ərzində iki istiqamətdə geri çəkilməyə məcbur olub.
"Qoşunlarımız şimal və cənub istiqamətlərində müəyyən qədər geri çəkilib. Düşmən təxribatçı hücumlarla arxa cəbhəmizdə xaos yaratmağa çalışaraq taktikanı dəyişdirib", - deyə Paşinyan bu gün xalqa müraciətində bildirib.*