Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib ki, Dağlıq Qarabağda gedən döyüşlərdə suriyalılar iştirak etmir. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
"Suriyalı döyüşçülərə gəlincə, onların öz torpaqlarında da qayğıları az deyil. Onların Cənubi Qafqaza getməsinə lüzum yoxdur", - deyə Ərdoğan bildirib.*