Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ərazisində 3 "Elbrus" raketi məhv edilib. Bu barədə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Qərargah rəisi, general-mayor İkram Əliyev məlumat verib.
“Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8:30 radələrində 1 ədəd olmaqla “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. Bu raketlər döyüş hazırlığı vəziyyətinə gətirilmiş və Azərbaycanın şəhər və rayonlarına hədəflənmişdi”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
İ.Əliyevin sözlərinə görə, 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı.
“Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”, - deyə o əlavə edib.*
X.Nəsirzadə