Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında bu gün baş tutumuş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət müzakirə olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət ətraflı müzakirə edilib. Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşmasına riayət edilməsinin vacibliyini bir daha təsdiqləyib. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, xüsusilə ATƏT-in Minsk qrupunun işinə əsaslanaraq siyasi prosesin aktivləşdirilməsinin lehinə danışıblar”, - deyə məlumatda bildirilir.
Həmçinin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid ifadə olunub.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.*