Ankara Qarabağ münaqişəsinin qəti həllinin tərəfdarıdır. Türkiyə KİV-nin məlumatına görə, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycan ərazisinə hücum edərək yeni bir böhran yaradan Ermənistan 30 ilə yaxın zamanda həyata keçirdiyi işğalçılığını davam etdirməyə çalışır. Türkiyə istər Minsk qrupu daxilindəki statusla, istərsə də ikitərəfli əlaqələr çərçivəsində bu məsələnin dayanıqlı bir həllə çatmasına tərəfdardır”, - deyə Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.*
N.Abbasova