Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-dən Qarabağda döyüşlərdə dronların istifadəsinin yüksək səmərəliliyini qeyd edib.
“Onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub”, - Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, bu sayda hərbi texnikanın məhv edilmısi Ermənistan üçün ciddi ziyandır.
“Bu, onlar (Erməniostan - İF) üçün ciddi ziyandır”, - Azərbaycan prezidenti bildirib.
Əliyev əlavə edib ki, Azərbaycan hədəflərinə çatmaq üçün kifayət qədər drona malikdir, lakin onların sayını açıqlamayıb.
“Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır», - Əliyev bəyan edib. **
Ə.Məmmədov