Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində neytral qalmasını alqışlayır. Bunu prezident İlham Əliyev deyib.
“Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir», - Əliyev “France 24” televiziya kanalına müsahibəsində bildirib.
Dövlət başçısı əlavə edib ki, Qarabağda toqquşmaların əvvəlindən Parisdən bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alınıb.
“Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır”, - Əliyev bəyan edib.
Prezident hər bir ölkənin milli səviyyədə müttəfiqlərinin, dostlarının, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələrinin olmasını normal olduğunu vurğulayıb.
“Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”, - Əliyev əlavə edib.
Azərbaycan prezidenti bildirib ki, Azərbaycan münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqdir. **
N.Abbasova