Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə lisenziya verib.
“Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərəcək», - şirkətin məlumatında deyilir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə kapitalı2 milyon 187,5 min manatdır. Şirkətin təsisçiləri 7 sığorta şirkətidir: "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC. Hər iştirakçının payı 312,5 min manatdır. **
Ə.Məmmədov