Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə TüurkiyəPrezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəriFəxrəddin Altun arasında telefon danışığı baş tutub.
TürkiyəPrezident Administrasiyasında Altun ilə Hacıyevin söhbətini produktiv adlandırıblar. Bu barədə Anadolu agentliyi TürkiyəPrezident Administrasiyasına istinadən məlumat verir.
“Türkiyə tarixi torpaqlarının işğaldan azad edilməsi dövrü ərzində bütün sahələrdə Azərbaycana dəstək verməyə davam edəcək. Bu, həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə əlaqədar dezinformasiya axınına qarşı mübarizəyə də aiddidir”, - Altun bəyan edib.
Öz növbəsində, Hacıyev məlumat verib ki, Altun ilə Ermənistan və onun trəfdaşlarının yaydığı dezinformasiya axınına qarşı mübarizədə əməkdaşlıq və birgə addımlar mövzusunu nəzərdən keçirib.
“Bununla əlaqədar Azərbaycan və Türkiyənin media platformasının inkişafı xüsusi önəm kəsb edir”, - Hacıyev qeyd edib. **
N.Abbasova