Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığa məqsədyönlü hücumu nəticəsində Azərbaycanın 3 mülki şəxsi həlak olub və 3 nəfər yaralanıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığa dəfn mərasimi zamanı məqsədyönlü hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 3 nəfər yaralanıb. Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, - Hacıyev Twitter hesabında yazıb. **
B.Rüstəmbəyov