Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən sülhməramlıların yerləşdirilməsi yalnız döyüşən tərəflərin razılığı ilə mümkündür. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Burada başlıca məsələ mübarizə aparan tərəflərin buna necə baxmasıdır. Yəni, Azərbaycan və Ermənistanın. İstənilən sülhməramlılar, müşahidəçilərin və s. yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür”, - Peskov bildirib. **