Azərbaycanda koronavirus infeksiyasına daha 530 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 43 min 280-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 619 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 671 nəfər (sutka ərzində +101) müalicə olunaraq sağalıb.
Hazırda 2 min 990 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,054 min, hazırkı dövrədək isə 1 milyon 201 min 924 test aparılıb.**
B.Rüstəmbəyov