Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı açdığı atəş nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
Öncə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb ki, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 3 mülki şəxs həlak olub və 3 nəfər yaralanıb.
“Bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Pərviz Orucov, 1962-ci il təvəllüdlü Vasif Rüstəmov və 1988-ci il təvəllüdlü Şakir Zamanov həlak olub, Fizuli Məmmədov, İsgəndər Əmirov, Elsevər Allahverdiyev, Nofəl Əmirov və Rəfael Qəzənfərli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər”, - Baş Prokurorluqdan bildirilib. **
X.Nəsirzadə