İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 145 milyon manata yaxın məbləğdə qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a İKZF-dən məlumat verilib.
“Bu kreditlər üzrə faiz subsidiyaları 19 milyon manat həcmində qiymətləndirlir. Zəmanətli kreditlərin orta müddəti 29 ay, orta faiz dərəcəsi isə - 6% təşkil edir”, - Fonddan qeyd olunub.
2020-ci ildə Fond üzrə verilən kreditlər üzrə zəmanətlərin həcmi 75 milyon manatdan artıq təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun elan olunmuş nizamnamə kapitalı 566 mln. manat təşkil edir.**
Ə.Məmmədov