İndiyədək Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması məsələsi müzakirə olunmayıb. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanla Türkiyə arasında böyük hüquqi baza mövcuddur, çox sayda saziş var, həmin sənədlərdə hərbi sahədə əməkdaşlıq nəzərdə tutulur, həmçinin qarşılıqlı yardıma dair maddələr var. Bu bizim haqqımızdır və zərurət olarsa, Azərbaycan üçün təhlükə yaranarsa, təbii ki, Tükkiyə bizim müttəfiqimizdir və biz bu imkandan istifadə edə bilərik”, - Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
“Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına gəlincə isə bu məsələ heç zaman müzakirə olunmayıb”, - prezident bildirib.
Həmçinin, dövlət başçısı vurğulayıb ki, Türkiyə ilə hərbi sahədə əməkdaşlıq ildən ilə möhkəmlənir, yalnız ötən il 10 birgə təlim keçirilib.
“Bu il koronavirusa görə cəmi iki birgə təliom keçirildi. Ancaq bu təlimlər də regionumuza böyük narahatlıq doğurdu, hesab edirəm ki, narahatlıq üçün səbəb yoxdur. Bizim təlimləırimiz heç bir dövlətə qarşı yönəlməyib, əməkdaşlığı möhkəmləndirmək, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşdırılması və hərbi quruculuq sahəsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədi daşıyır”, - Əliyev bəyan edib. **
B.Rüstəmbəyov