Qarabağda humanitar atəşkəsə razılıq verən Azərbaycan vasitəçilərə böyük jest edib. Bunu prezident İlham Əliyev deyib.
“Biz vasitəçilərə böyük jest etdik, çünki döyüşlər başlanandan bizə bütün dünyadan çox sayda müraciətlər daxil olurdu. Lakin müharibənin öz qaydaları var - əgər kimnsə sənə hücum edirsə, o zaman sən torpaqlarını və əhalini müdafiə etməlisən”, - Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, atəşkəs humanitar məsələlərlə əlaqədar olub və bu istiqamətdə müəyyən iş aparılıb.
“Biz meyitlərin dəyişdirilməsi məsələsində vacib addımlar atdıq, Beynəlxaq Qızıl Xaç Komitəsini və Qızıl Aypara Cəmiyyətini cəlb etdik. Lakin, əfsuslar olsun ki, Ermənistan atəkəsdən istifadə edərək yeni zərbələr endirdi. Söhbət yalnız Gəncənin atəşə tutulmasından getmir, bu müharibə cinayətidir, terror aktıdır və Ermənistan növbəti dəfə, atəşkəs rejimindən istifadə edərək, ölkəsinin terror simasını nümayiş etdirdi. O cümlədən, atəşkəs rejimindən istifadə edən Ermənistan Hadruta bir-iki hücum cəhdi həyata keçirib,qəsəbəni qaytarmağa cəhd edib. Lakin çoxlu sayda canlı qüvvə və texnika itirərək məqsədlərinə çata bilmədiər”, - Əliyev bəyan edib.
O cümlədən, Azərbaycan prezidenti məlumat verib ki, Ermənistan cəbhənin digər istiqamətlərində də hücuma cəhd edib.
“Düşmən həmçinin Cəbrayıl rayionuna da hücum etməyə cəhd göstərib, cənubda Araz cayı boyu, ancaq biz bütün hücumların qarşısını almışıq. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar masasında da riyakarlıq edir. Əgər Ermənistan bu çirkin siyasəıti davam etdirərsə, onlar peşman olacaqlar. Ermənistan hökumətinə və xalqına açıq şəkildə müraciət ünvanlamışam ki, azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq. İndi döyüş meydanında Ermənistan Ordusunun məğlub olmasında yalnız Ermənistanın həırbi-siyasi rəhbərliyi günahkardır”, - dövlət başçısı bəyan edib. **
Ə.Məmmədov