Azərbaycan prezidenti İlham Əliyev Qarabağda daha 6 yaşayış məntəqəsinin işğaldan azad edildiyini elan edib.
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işalda azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - Əliyev Twitter hesabında yazıb. **