Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoölu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Qarabağda atəşkəs rejimi və dinc sakinlərə hücumları müzakirə edib. Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verir.
Türkiyə mətbuatı qeyd edir ki, söhbət zamanı Çavuşoğlu atəşkəsin pozulmasını tənqid edib. “Biz Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumunu pisləyirik”, - Anadolu agentliyi türkiyəli nazirin sözlərindən sitat gətirib. **