Rusiya və Türkiyə XİN başçıları Sergey Lavrov və Mövlud Çavuşoğlu cümə axşamı telefon danışığı zamanı Dağlıq Qarabağda sülh yolu ilə nizamlanmanın alternativi olmadığını təsdiq ediblər. Bu barədə RF XİN məlumat verir.
“Dağlıq Qarabağ ətrafında vəziyyət ətraflı müzakirə olunub. Nazirlər problemin sülh yolu alternativin olmadığını vurğulayıblar”, - məlumatda deyilir.
O cümlədən, nazirlər RF, Azərbaycan və Ermənistan XİN başçılarının 10 oktyabr tarixli Moskva bəyanatının müddəalarının şərtsiz icrasının zəruriliyini təsdiq ediblər. **