Ermənistan yalan məlumatlar yaymağa davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır”, - məlumayda qeyd olunur.
Nazirlik bildirir ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır. **
Ə.Məmmədov