Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub. Bu barədə XİN-dən məlumat verilir.
“Bayramov bölgədəki son vəziyyət ilə bağlı İranlı həmkarını məlumatlandırıb. O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir. Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olmuşdur”, - məlumatda deyilir.
Bayramov Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğuladyıb.
Öz növbəsində, Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib.
“O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb”, - Zərif qeyd edib. **
Ə.Məmmədov