Vaşinqtonda ümid edirlər ki, Qarabağda münaqişənin həlli üçüncü ölkələrin iştirakı olmadan danışıqlar yolu ilə həyata keçiriləcək. Bunu cümə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
“Ümid edirik ki, ermənilər azərbaycanlıların etdiklərindən qoruna biləcəklər və onlar (...) atəşkəsə nail olacaqlar, sonra isə danışıqlar masasına əyləşərək bu tarixi və həqiqətən mürəkkəb problemi həll etməyə çalışacaqlar”, - Pompeo Amerikanın WSB radisotansiyasına müsahibəsində bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağda münaqişə “danışıqlar və sülh yolu ilə müzakirələrlə həll olunmalıdır, silahlı münaqişə və, əlbəttə ki, üçüncü ölkələrin iştirakı olmadan”.
“İndi ürklər müdaxilə edərək Azərbaycana resurslar təqdim ediblər, bununla da, münaqişəni qızışdıraraq, Dağlıq Qarabağ adı altında, əhalisi 150 min nəfərə yaxın təşkil edən kiçik ərazidə baş verən tarixi döyüşdə riskləri artırıblar”, - dövlət katibi deyib. **