Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı amanı Qarabağda vəziyyəti müzakirə ediblər. baş tutub.
İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.
“Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib”, - XİN-in məlumatında qeyd olunur.
Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar. **
A.Əzizov