Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Bundan başqa, 301 mülki obyekt, 1669 yaşayış evi və 84 çoxmənzilli yaşayış binası yararsız hala düşüb”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.*
B.Rüstəmbəyov