2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 3,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin 8 ayının yekunları üzrə ÜDM 3% azalıb.
Yanvar-sentyabr aylarında ölkədə 52 milyard 74 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4%, neft-qaz sektorunda isə 6,4% azalıb.
ÜDM istehsalının 34,7%-i sənaye, 11,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, qalanı digər sahələrin payına düşüb.
9 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 5222,5 manata bərabər olub.
Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-in 2,9%-4,3% azalacağını proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
N.Abbasova