2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 677,6 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 17 milyard 964,5 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 6,5%), xərcləri 18 milyard 642,1 milyon manat (artım 11,7%) təşkil edib.
Yanvar-sentyabr aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 52 milyard 74 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-nin 1,3%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-nin 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov