2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 26 milyon 104,1 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında əmtəəlik neft hasilatı 7,6% - 26 milyon 1,7 min tonadək azalıb.
Hesabat dövründə Azərbaycanda 27 milyard 309,9 milyon kubmetr qaz (artım 5,1%) hasil edilib. Əmtəəlik qaz hasilatı 19 milyard 378,7 milyon kubmetr (artım 8,3%) həcmində olub.*
N.Abbasova