2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 584 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 21% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 942,4 milyon manat (azalma 4,3%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur. Bu artım prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır.*
Ə.Məmmədov