Azərbaycan atəşkəs rejiminə nəzarəti təmin edə biləcək Rusiya hərbi müşahidəçilərinin Dağlıq Qarabağa göndərilməsini zəruri hesab etmir.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın "Mundo" qəzetinə müsahibəsində bildirib.
"Azərbaycan başqa bir ölkənin ərazisində deyil, öz suverenliyi altında olan ərazidə əməliyyatlar aparır və biz hesab edirik ki, indi bu əsgərlərin göndərilməsi yolverilməzdir. Hazırda onlar bizə lazım deyil", - deyə Hacıyev bildirib.
"Əvvəlcə Ermənistan silahlı qüvvələri getməli və məcburi köçkünlərin geri qayıtmasına imkan yaradılmalıdır. Yalnız bundan sonra rusiyalı hərbi müşahidəçilərin göndərilməsindən danışmaq olar", - deyə prezidentin köməkçisi qeyd edib.*
X.Nəsirzadə