2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 41 milyard 609 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 2,9% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 1,7% - 4 min 173 manatadək azalıb.
Yanvar-sentyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 37 milyard 631,8 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,1% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.*
Ə.Məmmədov