2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 235,2 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $66 milyon 774,5 min (azalma 22,7%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $3 milyon 185,9 min dəyərində (azalma 47,5%) 18 min 184,2 ton (azalma 27,1%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $25 milyon 758,9 min dəyərində (azalma 34,9%) 24 min 389,3 ton (azalma 27,5%) polietilen idxal edilib.
Yanvar-avqust ayları ərzində Azərbaycana $156 milyon 343,4 min dəyərində 209,8 min ton metalyayma məhsulu (azalma 7,7%), $76 milyon 533,3 min dəyərində 142,9 min ton qara metaldan hazırlanan çubuqlar (artım 1,8 dəfə), $19 milyon 162 min dəyərində 24 min 891,9 ton qara metaldan hazırlanan günyə (azalma 8%), $178 milyon 297,9 min dəyərində 107,8 min ton qara metaldan hazırlanan boru (azalma 12,7%) idxal edilib.*
B.Rüstəmbəyov