Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop 18-20 oktyabr tarixlərində Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Türkiyə parlamentinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində M.Şəntop Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, 20 oktyabrda isə Azərbaycan Milli Məclisində çıxış edəcək”, - deyə məlumatda bildirilir.
“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməklik etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət" olaraq dərdimiz və sevincimiz birdir”, - deyə o vurğulayıb.*
N.Abbasova