«AzerGold» QSC Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınmasına 78 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “AzerGold” "Star Mining" MMC ilə 78 milyon 328,115 min manat ($46 milyon) dəyərində müqavilə bağlayıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində yalnız “Çovdar” yatağından həyata keçirir.*
N.Abbasova