Azərbaycanda koronavirus infeksiyasına daha 509 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 43 min 789-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 621 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 800 nəfər (sutka ərzində +129) müalicə olunaraq sağalıb.
Hazırda 3 min 368 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,878 min, hazırkı dövrədək isə 1 milyon 209 min 802 test aparılıb.*
B.Rüstəmbəyov