Ankara Bakı ilə hərbi əməkdaşlığı daha da genişləndirəcək. Müasir Türkiyə Araşdırmalar Mərkəzinin direktoru Amur Hacıyev belə hesab edir.
“Dağlıq Qarabağda gərginliyin daha da artmasını gözləmək lazım gəlmir, çünki Ankarada yaxşı başa düşürlər ki, bu vəziyyət Ermənistana BMT-yə və KTMT-yə müraciət etmək və müvafiq dəstək almaq üçün real bəhanə verəcək. Bununla əlaqədar münaqişənin gələcəkdə daha da eskalasiyası nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğun deyil", - deyə Hacıyev bu gün "İnterfaks"a bildirib.
Türkoloq hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla hərbi əməkdaşlığı daha da genişləndirəcək.
Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkünlüyü barədə məlumatları şərh edən Hacıyev indiki mərhələdə bu ehtimalın çox az olduğunu vurğulayıb.
“Ankaranın belə bir hərbi obyekt yaratmağa real ehtiyacı olduğunu düşünmürəm, çünki Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı onsuz da strateji, müttəfiqlik xarakteri daşıyır. Bu mərhələdə Azərbaycanda Türkiyə bazasının yerləşdirilməsi ehtimalını tamamilə istisna etmək olar", - deyə Hacıyev vurğulayıb.*