Ermənistana yeni raket sistemləri gətirilib və dərhal Azərbaycanın şəhərləri atəşə tutulub. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başlayıblar. Gəncədə mülki şəxslər arasında itkilər olduğu bildirilir. Bu Ermənistanın dövlət terror siyasətinin təzahürüdür”, - Hacıyev Twitter hesabında yazıb.
Öncə H.Hacıyev yazıb ki, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endiriblər. Həmçinin, Gəncədə mərmi yaşayış məhəlləsinə düşüb.
“İnterfaks-Azərbaycan” agentliyinin mənbələrinin məlumatına görə, Mingəçevirə atılan raket səmada zərərsizləşdirilib. **
A.Əzizov