Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə “Elbrus” Əməliyyat-Taktik Ballistik Raketi (SCUD) vasitəsilə zərbələr endirilib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər sübut edir ki, onlar Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir (SKUD). Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”, - Hacıyev Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, oktyabrın 17-nə keçən gecə Ermənisytan silahlı qüvvələri Gəncə və Mingəçevirə yeni raket zərbələri endirib.
Öz növbəsində, Baş Prokurorluqdanməlumat verilir ki, Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alan raket Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. **
A.Əzizov