Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı məlumatı qəti surətdə təkzib edirik. Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”, - bəyanatda qeyd olunur.
MN-də hesab edirlər ki, bu cür bəyanatlarla Ermənistan XİN Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür. **
A.Əzizov