Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb ki, Ermənistanın Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfəri ötüb.
“40-a yaxın şəxs yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”, - Hacıyev yazıb.
Xəbər verildiyi kimi, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevirə yeni raket zərbələri endirib. Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Gəncə şəhərinə iki raket düşüb Raketlərin ikisi də yaşayış məhəlləsinə düşüb. Hazırda mülki şəxslərin dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Mingəçevir şəhərini hədəfə alan raket Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. **
A.Əzizov