Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində 12 nəfər həlak olub. Bu barədə Baş Prokurorluq məlumat verir.
Prokurorluğun məlumatına əsasən, 40-dan artıq şəxs yaralanıb.
Xəbər verildiyi kimi, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevirə yeni raket zərbələri endirib. Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Gəncə şəhərinə iki raket düşüb Raketlərin ikisi də yaşayış məhəlləsinə düşüb. Hazırda mülki şəxslərin dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Mingəçevir şəhərini hədəfə alan raket Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. **
A.Əzizov