Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir”, - FNH-dən bildirilir. **
N.Abbasova