Çoxsaylı insan tələfatı ilə nəticələnən Gəmncəyə yeni raket zərbələri Ermənistan rəhbərliyinin faşist mahiyyətinin bariz nümunəsidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizim şəhərlərimiz düşmən tərəfindən ilk dəfə deyil ki, atəşə məruz qalır. Demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Azərbaycanın digər şəhərləri atəşə tutulur. Nəticədə, vətəndaşlarımız həlak olurlar və yaralanınlar. 2 mindən artıq yaşayış evi dağıdılıb və ya ciddi ziyan görüb. Lakin bu xalqımızın iradəsini sındırmayacaq. Ermənistan rəhbərliyi mülki əhalini hədəfə almaqla və onları raket-artilleriya atəşinə tutmaqla müharibə cinayəti törədir. Onlar bu cinayətlərə görə cəzalandırılmalıdır və cəzalandırılacaqlar”, - Əliyev şənbə günü xalqa müraciətində bildirib.
Həmçinin, prezident qeyd edib ki, Azərbaycan Ermənistana cavab verir və yalnız döyüş meydanında cavab verəcək.
“Biz heç zaman dinc sakinlərə qarşı döyüşmürük və bundan sonra da bunu etməyəcəyik. Biz erməni deyilik! Bizim öz məqsədimiz var və bütün Azəbaycan xalqı, həmrəylik nümayiş etdirərək, onun ətrafında birləşəcək”, - prezident vurğulayıb. **
N.Abbasova