Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvvələri Qarabağda döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus olan ən azı $2 milyard məbləğində hərbi texnikasını məhv edib və qənimət götürüb. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvvələri Qarabağda gedən döyüşlərdə Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurub. Döyüş meydanında tam üstünlüyə malikik. Düşmənin ən azı $2 milyard dəyərində hərbi texnikasını məhv edib və qənimət götürülüb”, - Əliyev şənbə günü xalqa müraciətində qeyd edib.
Onun sözlərinə görə, sentyabrın 27-dən etibarən düşmənin 234 tankı məhv edilib, 36 tank isə qənimət götürülüb.
Əliyev qeyd edib ki, həmçinin düşmənin 49 piyada döyüş maşını məhv edilib, 24 ədədi qənimət götürülüb.
“Bundan başqa, Azərbaycan hərbçiləri 16 ədəd özüyeriyən artileriya qurğusu, 2 ədəd S-300 qurğusu, 35 ədəd “OSA” qurğusu, 2 ədəd “Elbrus”Əməliyyat-TaktikBallistikRaket, bir ədəd “Toçka-U” raketi, 196 yük avtomobilini məhv ediblər, daha 98 yük avtomobili qənimət götürülüb”, - o qeyd edib.
Əliyev vurğulayıb ki, bu, düşmənin məhv edilən hərbi texnikasının tam siyahısı deyil.
Prezident əlavə edib ki, hazırda Azərbaycan Ordusu döyüş meydanında tam üstünlüyə malikdir. “Biz hər gün vacib və strateji yaşayış məntəqələri və yüksəklikləri azad edirik”, - Əliyev deyib. **