Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb. Bundan başqa 327 mülki obyekt, 90 yayayış binası və 1,704 yaşayış evi yarasız hala düşüb”, - məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.**
N.Abbasova