Erməni hərbçilərinin Su-25 təyyarəsi Qarabağda Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
“Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib”, - Müdafiə Nazirliyindən qeyd olunur. **
N.Abbasova